Şirkət olaraq 2006-cı ildə fəaliyyətə başlayan “Xansaray” MMC qısa müddət ərzində Azərbaycan inşaat sektorunda yüksək keyfiyyətli xidmətləri və peşəkar əməkdaşları ilə böyük nailiyyətlər əldə etmişdir. Bizim başlıca prioritetimizin müştəri məmnuniyyəti olması, eləcə də müştərilərimizlə yaratdığımız etibarlı əməkdaşlıq mühiti bizi rəqiblərimizdən fərqləndirən və fəaliyyətimizin uzunmüddətli davamı üçün stimul verici əsas amillərdəndir.

Qeyd etməyə dəyər ki, Xansaray beynəlxalq standartlara uyğun, dövlət qeydiyyatına alınmış bütün növ izolyasiya və yer örtük sistemlərinin professional tətbiqini həyata keçirən ilk Azərbaycan şirkətidir.

Bundan başqa, ümumi fəaliyyət dairəmiz təmir-tikinti işləri olaraq, dam-fasad örtüyü, hörgü, suvaq, boya, alçıpan arakəsmələr, boru və kabel çəkilişi, izolyasiya sonrası torpaq dolğu işləri və s. kimi bir çox tikinti işlərinin professional və yüksək keyfiyyətlə tətbiqi ilə də məşğul oluruq.

Şirkətimiz yuxarıda sadalanan işlərin tətbiqindən başqa, həmin işlərlə əlaqədar ən səmərəli, keyfiyyətli və davamlı iş detalları və materiallarla da təmin edir.

Gördüyümüz işlərə aid ən yeni texnoloji üsul və avadanlıqlardan yararlanmağımız, ölkə daxilində, habelə xaricdə müntəzəm olaraq müfaviq təlimlər keçmiş peşəkar kadr heyəti və beynəlxalq səviyyəli şirkətlərlə inkişaf etdirdiyimiz əməkdaşlıq əlaqələrimiz keyfiyyətli xidmətimizin zəmanətidir.

Fəaliyyətimizdə sürətli inkişafımızla böyük uğurlara imza ataraq bu sahədə böyük maliyyə vəsaiti sahibi şirkətlərinin diqqət mərkəzinə çevrilmişik.

Dünyanın bir sıra qabaqcıl inşaat materialları istehsalçısı şirkətlərinin Azərbaycanda məhz bizimlə əməkdaşlıq etmələri və hətta iştirak etdikləri inşaat layihələrinə təmin etdikləri materiallarının keyfiyyətli tətbiqini yalnız bizə etibar edərək tətbiqçi şirkət olaraq məhz bizi tövsiyə etmələri də bunun real sübutudur.

Bugünkü gündə fəxrlə qeyd edə bilərik ki, şirkətimiz Azərbaycanda həyata keçirilən son illərin ən böyük və ölkəmiz üçün əhəmiyyətli tikinti layihələrinə əməyi ilə öz töhfəsini vermişdir.

Belə layihələrdə yer almağımızın davamlı olmasına səbəb gördüyümüz işlərin keyfiyyəti sayəsində qazanmış olduğumuz və elə keyfiyyətli olmağa davam etməklə də qorumağa çalışdığımız nüfuzumuzdur.

Görülən işdə dəqiqlik, keyfiyyətlilik, etibarlılığa verdiyimiz önəmi əyani işlərlə sübut etmək hər zaman ən vacib məqsədimizdir, yerinə yetirərək ortaya qoyduğumuz işlər şirkətimiz üçün əsas istinad mənbəyidir.

Əlaqə Məlumatları

3 Həsən Məcidov Küçəsi, Bakı 1141, Azərbaycan

+994 12 434 81 91
+994 50 583 03 66